logo

Ümummilli lider Heydər Əliyevin 98 illiyi münasibəti ilə ağacəkmə tədbirləri keçirilmişdir


Yaradılıb: 10-05-2021 18:16

   

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98 illik yubileyi ilə əlaqədar mayın 10-da “Azərsu” ASC-də ağacəkmə tədbirləri keçirilmişdir. Səhmdar cəmiyyətə məxsus Saray su anbarı ərazisində təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 500-dən çox ağac əkilmiş, yaşıllıqlar salınmışdır.

   

Bu tədbirdə “Azərsu” ASC-nin öz təsərrüfatlarında yetişdirilmiş zeytun və şam tinglərindən istifadə olunmuşdur. Həmçinin, ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak etmişdir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir.