logo

Qəbələ və Şamaxı şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender yekunlaşmışdır


Yaradılıb: 29-05-2012 15:19

  Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender başa çatmışdır. 6 şirkətin iştirak etdiyi tenderdə daha sərfəli şərtlər təklif edən Almaniyanın  “PWT Wasser-und Abwassertechnik GmbH” şirkəti qalib elan edilmiş və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanmışdır.

 “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə elan edilmiş beynəlxalq tender də yekunlaşmışdır. 7 iddiaçı şirkətin təqdim etdiyi təkliflər ətraflı qiymətləndirilmiş, daha əlverişli şərtlər təklif edən yerli T.T.Ş.İnşaat MMC şirkəti Şamaxı şəhərinin  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi elan edilmiş və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanmışdır.

  Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin  yenidən qurulması nəzərdə tutulur.