logo

Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 25-05-2012 14:29

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naftalan şəhərinin  su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

  Layihəyə əsasən, Naftalan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 315 mm diametrli polietilen borularla 6,4 kilometr uzunluğunda su xətti çəkiləcək, ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı və xlorator qurğusu tikiləcək. Bununla paralel olaraq 32,35 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilərək 1800 ünvanda birləşdirmə aparılacaq. Layihə çərçivəsində ümumi uzunluğu 240 metr olan  mikrotunel tipli kollektor qazılacaq. 

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  09 iyul 2012-ci il tarixədək  “Azərsu” ASC-yə təqdim edə bilərlər.