“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, “+ 126 Qaraçuxur” su anbarını qidalandıran 700 mm diametrli magistral su kəmərinin Babək prospektindən keçən hissəsində qəza baş vermişdir. Bununla əlaqədar mayın 18-də gün ərzində Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Bakıxanov, Qaraçuxur, Sabunçu və Əmircan qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.