logo

Su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə tender elan edilmişdir


Yaradılıb: 12-03-2012 14:26

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, ətraf qəsəbələrin və regionların su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə həyata keçiriləcək tikinti-quraşdırma işləri ilə əlaqədar tender elan etmişdir. 7 lot üzrə olan tender Kür sutəmizləyici qurğular kompleksində bina və qurğuların yenidən qurulması, su xətləri üzərində yanğın hidrantlarının quraşdırılması, Səngəçal və Hacı Zeynalabdin qəsəbələrində nasos stansiyalarının  yenidən qurulması, tədris mərkəzinin və xlor təsərrüfatının yaradılması,  regionlarda içməli su təminatının zəif olduğu kəndlərin su təchizatı sisteminin yaxşılaşdırılması məqsədi ilə keçirilir.

  Tenderin şərtlərinə görə, iştirakçılar müvafiq maliyyə və texniki imkanlara malik olmalıdır. 2012-ci il üçün planlaşdırılan tikinti-quraşdırma işlərinin bu ilin sonuna qədər tam yerinə yetirilməsi tələb olunur. Təkliflər qiymətləndirilərkən aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, texniki imkanlar, kadr potensialı və s.  meyarlara üstünlük veriləcək.

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün hər lota görə 300 manat ödəməlidir. İddiaçılar  təkliflərini  16 aprel 2012-ci il saat 17:00-dək ,  bank zəmanətini isə 23 aprel 2012-ci il saat 17.00-dək “Azərsu” ASC-yə təqdim edə bilərlər.