logo

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 05-03-2012 13:35

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Göyçay şəhərinin su təchizatı və  kanalizasiya  şəbəkələrinin bərpası işlərinin tamamlanması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin iştirak payı və Asiya İnkişaf  Bankının krediti hesabına maliyyələşdirilən layihə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

  Layihəyə əsasən, Göyçay şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 artezian quyusu qazılacaq. Göyçay  şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 55,5 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 3340 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 46,6 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilərək 2340 ünvanda birləşdirmə aparılacaq.

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 100 manat və ya 130 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  20 aprel 2012-ci il saat 16:00-a qədər “Azərsu” ASC-yə təqdim edə bilərlər.