logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 21-02-2012 09:39

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu  3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir. Bununla əlaqədar fevralın 21-də  gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.