logo

"Azərsu" ASC-nin internet saytı Milli Net 2011 mükafatına layiq görülmüşdür


Yaradılıb: 26-12-2011 13:51

                

  Azərbaycan İnternet Forumu Milli İnternet Mükafatı - Milli Net 2011 müsabiqəsinə yekun vurmuşdur. Bu mükafat hər il Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən  milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir. 11 nominasiya üzrə keçirilmiş müsabiqədə “Dövlət və bələdiyyə saytları” nominasiyasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin www.azersu.az internet saytı 2-ci yerə layiq görülmüşdür. Müsabiqənin nəticələri qiymətləndirilərkən münsiflər heyəti  “Azərsu” ASC-nin internet səhifəsinin dizaynını və məzmununu yüksək qiymətləndirmişdir.

  “Azərsu” ASC-nin internet səhifəsi 2011-ci ilin sentyabr ayında istifadəyə verilmişdir. İstifadəçilər www.azersu.az saytından azərbaycan və ingilis dillərində su təsərrüfatı haqqında geniş məlumat ala, onlayn xidmətlərdən istifadə edə, onlayn şikayət və müraciət göndərə bilərlər.

  Qeyd edək ki, Milli Net 2011 müsabiqəsinin nəticələrinə əsasən “Dövlət və bələdiyyə saytları” nominasiyasında birinci yeri www.sspf.gov.az, üçüncü yeri isə www.apus.az saytı tutmuşdur.