logo

Bakının Nəsimi, Yasamal, Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 08-12-2011 11:52

 E L A N

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar dekabrın 8-də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə - 1-ci, 2-ci və 3-cü mikrorayonlara, eləcə də 2-ci Alatava yaşayış massivi və Rəsulzadə qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.