logo

Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 02-12-2011 10:22

       E L A N

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq Bakının Xətai rayonu ərazisində magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar 2-3 dekabr tarixlərində Xətai rayonunun bir hissəsinə - Gəncə prospekti, X. Məmmədov, S.Ə.Şirvani, Vunqtau, M.Hadi küçələrinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

   Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.