logo

Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir


Yaradılıb: 22-11-2011 16:07

               

  Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal”  Məhdud Məsuliyyətli Cəmiyyətində tədbir keçirilmişdir. Tədbirdən əvvəl  “Birləşmiş Sukanal”  MMC-nin inzibati binasının təmirdən sonra açılış mərasimi olmuşdur. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov müasir Azərbaycanın tarixində özünəməxsus yer tutan, yaradıcısı  Ulu öndər  Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizdə həyata keçirilən quruculuq işlərində daim ön sıralarda dayandığını bildirmişdır.

   Tədbirdə çıxış edən YAP “Moskva prospekti – 67” ünvanında yerləşən ilk partiya təşkilatının sədri Mirkamil Seyidov, sədr müavini Etibar Məmmədov,  YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov ölkənin sürətli inkişafında, əldə olunan sabitlikdə Ulu öndər Heydər Əliyevin böyük və əvəzsiz rolundan söhbət açıb, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurlardan danışmışlar.  

   Daha sonra partiya sıralarına qəbul edilən 36 nəfərə üzvlük vəsiqələri təqdim olunmuşdur. Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.