logo

"+200" Badamdar su anbarına yeni magistral kəmər çəkilir


Yaradılıb: 04-11-2011 15:39

                 

   Bakı şəhəri Səbail rayonunun içməli su təchizatının yaxşılaşdırılması üçün yeni magistral su kəmərinin çəkilişinə başlanıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında Yasamaldakı “+ 160” su anbarından Badamdar qəsəbəsindəki “+ 200” su anbarına qədər 8 km uzunluğunda 1000 millimetr diametrində magistral kəmərin artıq 1 km-lik hissəsində quraşdırma işləri başa çatıb. Kəmərlə nəql olunacaq su Badamdardakı tutumu 20 min kubmetr olan “+ 200” su anbarına, eləcə də hər birinin tutumu 2500 kub metr olan 2 paylayıcı anbara ötürülərək buradan özüaxımlı rejimdə Bayıl, Bibiheybət, “20-ci sahə” və Badamdar yaşayış sahələrinə paylanacaq. Layihə üzrə işlərin 2012-ci ilin əvvəlində başa çatacağı nəzərdə tutulur və bununla da Səbail rayonunun şimal və qərb hissələrində istehlakçıların su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
   Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq kəmərin içi yeyinti sənayesi üçün nəzərdə tutulan və qəbul olunmuş standartlara cavab verən boya ilə rənglənir. Bu istehlakçılara verilən suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması ilə yanaşı boruların korroziyaya davamlılığını artırır.