logo

Bakının Nərimanov, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq


Yaradılıb: 01-11-2011 15:38

E L A N

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Xətai rayonunun “Qara Şəhər” ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi 02 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaqdır. Bununla yanaşı, Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə 02 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək içməli su təchizatına fasilə veriləcəkdir.