Qorxmaz Cavanşir oğlu Hüseynov

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1983- 85-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası), 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları”  NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə “28 May”  NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə “Qum adası” NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi işləyib.

1997- 2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” trestinin müdir müavini, 2003-2006-cı illərdə müdiri işləyib.

2006- 2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi olub.

2008-2011-ci illərdə ARDNŞ-nın sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.