logo

Suyun keyfiyyəti


Standartlar

  Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 saylı "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Gələcəkdə “Azərsu” ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələblərinə uyğunlaşdırılması məqsədilə Bakı şəhərində müasir tələblərə verən Mərkəzi Laboratoriya fəaliyyət göstərir. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlar üzrə içməli suyun 50-dən artıq, Avropa İttifaqı  standartları üzrə isə 75-dən çox parametri təyin edilir.

 

                                                                                     İçməli suyun keyfiyyət göstəriciləri 

 

Göstəricilər

Ölcü vahidi

Beynəlxalq

Səhiyyə Təşkilatı

Avropa İttifaqı

DÜST

Abşeron yarımadası

üzrə orta göstərici

1 İyi (20°; 60°) ball - - 2 0
2 Dadı ball - - 2 0
3 Rənglilik 1. Pt-CO şkalası üzrə dərəcə 15 20 20 0
2. Bixromat CO şkalası üzrə dərəcə 15 20 20(35) 0
4

Bulanıqlıq 1. Formazinə görə 

BNÖV 5(1) 4 2.6 0
5 Codluq (ümumi) Mq-ekv/l - 1.2 7.0 5
6 Elektrik keciciriliyi 20° Mk C/sm - 2 500 - 450
7 Hidrokarbonat, HCO3 Mq HCO3-/L - >30 - 130
8 Hidrogen göstəricisi PH - 6.5 –8.5 6 – 9 7.5
9 Alminium (Al) Mq/l 0.2 0.2 0.5 0.1
10 NH3 və NH4+ Mq/l 1.5 - 0.5 0-0.17
11 Arsen (As) Mq/l 0.01 0.01 0.05 0
12 Dəmir (Fe2+,Fe3+) Mq/l 0.3 0.2 0.3 0-0.03
13 Gümüş (Ag) Mq/l - 0.01 0.05 0
14 Hidrogen sulfid (H2S) Mq/l 0.05 - 0.003 0
15 Hidrisulfid ionu (HS-) Mq/l - - 3.0 0
16 Xlorid (Cl-) Mq/l 250.0 250.0 350.0 29-154
17 Xlor 1. Sərbəst qalıq Mq/l - - 0.3 – 0.5 0.3
18 Xlor 2. Əlaqəli qalıq Mq/l - - 0.8 – 1.2 0.5
19 Xlorat ionu (ClO3-) Mq/l - - 20.0 10.0
20 Kalium (K+) Mq/l - 10.0 - 10
21 Kalsium (Ca2+) Mq/l - 100.0 250 60
22 Manqan (Mn, ümümi) Mq/l 0.1 0.05 0.1(0.5) 0.005-0.02
23 Mis (Cu, umumi) Mq/l 1.0 2.0 1.0 0-0.03
24 Molibden (Mo, ümumi) Mq/l 0.07 - 0.25 0.01
25 Maqnezium (Mg2+) Mq/l - 50/td> 50 18.24
26 Natrium (Na+) Mq/l 200 200 200 45-97
27 Nikel (Ni) Mq/l 0.02 0.02 0.1 0.01
28 Nitratlar (NO3-) Mq/l 50 - 45 3
29 Nitritlər (NO2-) Mq/l 3 0.5 3 0
30 Polifosfat ionu (PO43-) Mq/l - - 3.5 1.1
31 Stronsium (Sr2+) Mq/l - - 7.0 3
32 Sink Mq/l 5.0 5.0 5.0 0.01-0.9
33 Sulfatlar (SO42-) Mq/l 250 250 500 85-210
34 Sianidlər (CN-) Mq/l 0.07 0.05 0.035 0.003

 

Keyfiyyətə nəzarət

  İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə periodik nəzarət olunur. Suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan laborator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Su nümunələri müxtəlif nöqtələrdən - mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə və digər obyektlərdən götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir.

  Su nümunələrinin analizlərinin nəticələri qeyri-məqbul hesab edildikdə "Azərsu" ASC-nin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda içməli suyun şəbəkəyə verilməsi bərpa olunur.

Tullantı sularına nəzarət

   Hazırda Bakı şəhərində yaranan tullantı suları  Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Adıçəkilən qurğuların hər birində təmizləmə prosesinə nəzarət etmək üçün laboratoriyalar fəaliyyət göstərir. Təmizlənmiş tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərinin normaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa İttifaqının birgə qəbul etdiyi 91/27 EES direktivi ilə müəyyənləşdirilmişdir. Tullantı suları təmizlənərkən aşağıdakı göstəricilər nəzarətdə saxlanılır:

           pH, OBT5, OKT, asılı maddələr, koli-indeks, neft məhsulları, səthi aktiv maddələr, piylər 

 
Mərkəzi Laboratoriya
 

     16 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyasının yeni binasının açılışı olmuşdur. Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su və tullantı suları bölmələrindən ibarətdir. İçməli su və tullantı suları bölmələrinin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada  Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. 

  Regionun ən müasir laboratoriyasında quraşdırılmış ICP- cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metalların tam dəqiq, başqa sözlə, nano və pikoqram dəqiqliklə miqdarı təyin olunur. Bu zaman məhlul 10 min dərəcə selsiyədək qızdırılır və plazma halına salınaraq tərkibindəki metallar öyrənilir.

  Yeni alınmış yüksək həssaslıqlı maye və qaz  xromatoqraf cihazları kənd təsərrüfatında istifadə olunan və kanserogen təsirə malik üzvi maddələrin sudakı qalıqlarını təyin edir. İnsan sağlamlığı üçün zərərli sayılan  anion və kationlar isə ion-xromatoqraf cihazında analiz edilir. TOC cihazında üzvi maddələrin tərkibində olan karbon öyrənilir.

  Laboratoriyanın mikrobioloji analizlər otağında təhlükəli bakteriyalar təyin olunur və bu analizlər xüsusi bioloji qoruyucu kabinetlərdə aparılır.

  Laboratoriyanın tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Burada sənaye müəssisələrində yaranan tullantı sularının çirklənmə səviyyəsini müəyyən etmək, təmizlənmiş tullantı sularının, həmçinin onların axıdıldığı hövzələrdə suyun tərkibini izləmək imkanları vardır.

Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə  analizlərin aparılması imkanları da təmin edilmişdir. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin analizləri aparılır.

 Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi  məqsədi ilə Latviya Dövlət Akkreditasiya Qurumunun (LATAK) əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər.