logo

Digər su mənbələri


Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl yaxınllığında mövcud olan bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 17000 m3/gün (197 litr/san) olan kaptaj qurğuları və Gəncəçayın məcrasında məhsuldarlığı 7800 m3/gün (90 litr/san) olan Qızılqaya su mənbəyində mövcud horizontal sugötürücü qurğusunda təmir-bərpa işləri aparılmış, mənbələrdən  şəhərə 28,5  km uzunluğunda magistral su kəmərləri inşa edilmişdir.

Şəki şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Kiş çayının məcrasında məhsuldarlığı 20000 m3/gün (230 litr/san) olan sugötürücü qurğu və  buradan şəhərə 10  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Şamaxı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Pirsaatçayın məcrasında məhsuldarlığı 6000 m3/gün (70 litr/san) olan horizontal sugötürücü qurğu inşa edilmiş, buradan şəhərə 12  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Qusar şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayın məcrasında məhsuldarlığı 8800 m3/gün (102 litr/san) olan horizontal sugötürücü qurğu inşa edilmiş, buradan şəhərə 17,5 km uzunluğunda magistral su kəməri tikilmişdir.

Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Pirsaatçayın sol sahilində 6 ədəd subartezian quyusu qazılmış, əhaliyə verilən suyun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni texnologiyaya əsaslanan məhsuldarlığı 3800 m3/gün (44 litr/san) olan əks-osmos tipli sutəmizləyici qurğular və buradan şəhərə 21 km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ilə Cəyriçayın məcrasında məhsuldarlığı 10000 m3/gün (116 litr/san) olan horizontal sugötürücü qurğu və buradan şəhərə 15  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Qax şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Kümrükçayın sağ sahilində mövcud bulaqların imkanlarından istifadə edilərək məhsuldarlığı 6000 m3/gün  (70 litr/san) olan kapitaj qurğusu və buradan şəhərə 21  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Gədəbəy şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Südlübulağın imkanlarından istifadə edilərək məhsuldarlığı 7000 m3/gün (82 litr/san) olan kapitaj qurğusu və buradan şəhərə 15  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Daşkəsən şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Gurbulaq və Qarainək bulaqlarının imkanlarından istifadə etməklə məhsuldarlığı 5600 m3/gün (65 litr/san) olan kaptaj qurğuları inşa edilmiş,  buradan şəhərə 20  km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Xızı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qars və Dahardibi bulaqlarının imkanlarından istifadə etməklə məhsuldarlığı 1300 m3/gün (15 litr/san) kapitaj qurğuları inşa edilmiş, buradan şəhərə 8,4 km uzunluğunda magistral su kəmərləri inşa edilmişdir.

Xaçmaz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı 17300 m3/gün (200 litr/san) olan Uçqun su mənbəyində mövcud horizontal sugötürücü qurğusunda təmir-bərpa işləri aparılmış, buradan şəhərə 4 km uzunluğunda magistral su kəməri inşa edilmişdir.

Oğuz rayonunun kəndlərinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Qalaçayın məcrasında horizontal su götürücü qurğusu, Balaşum su mənbəyində mövcud bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 3500 m3/gün (40 litr/san) olan kapitaj qurğusu, eləcə də mövcud bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 900 m3/gün olan kaptaj qurğuları inşa edilmiş, mənbələrdən kəndlərə 80 km uzunluğunda su kəmərləri inşa edilmişdir.