logo

Bakı şəhəri Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 24 oktyabr  2018-ci il tarixində səhər saatlarına qədər  Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir