logo

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun doktoranturasına qəbul məsələləri müzakirə olunub


                                     

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” MMC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) doktoranturasına qəbulla bağlı tədbir keçirilib.

Tədbirdə “Sukanal” ETLİ-də fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturanın təşkili, 2017-2018-ci tədris ilində aparılmış qəbul və 2018-2019-cu il üçün sifariş yerləri ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 19 iyul  tarixli 297 nömrəli qərarı ilə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”na  “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun adı  da əlavə edilib. Ötən il ilk dəfə aparılan qəbul imtahanının nəticələrinə əsasən, 3 doktorant (qiyabi) və 3 dissertant “Sukanal” ETLİ-də ali təhsilin doktorantura pilləsinə qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  sərəncamına uyğun olaraq, 2017-2018-ci tədris ili üçün “Sukanal” ETLİ-də 3 ixtisasın hər biri (3305.05 – Mühəndis-kommunikasiya sistemləri; 3308.01 – Ətraf mühitin texnologiyası və mühəndisliyi; 5406.01 – Hidrologiya) üzrə 1 dissertant və 1 doktorant plan yeri ayrılmışdır.

2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  6 plan yeri sifariş verilib:

  • 3305.05 – “Mühəndis-kommunikasiya sistemləri” ixtisası üzrə 1 doktorant (qiyabi), 1 dissertant;
  • 3308.01 – “Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə 1 doktorant (qiyabi), 2 dissertant;
  • 5406.01 –“ Hidrologiya” ixtisası üzrə 1 dissertant yeri.

Tədbirdə “Sukanal” ETLİ-də doktorantura təhsili bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.