logo

Nazirlər Kabineti “Azərsu” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında qərar verib


          Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərar verib. 25 sentyabr 2018-ci il tarixli 413 nömrəli qərarda qeyd olunur ki, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakları Cəmiyyətin balansına verilməklə onun nizamnamə kapitalına yönəldilir.

  • “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru;
  • “Zığ-Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti;
  • “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru;
  • “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti;
  • “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti;
  • “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti;
  • “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

  • 4.1-ci bənddə “400,0 milyon” rəqəmləri və sözü “408 749 120 (dörd yüz səkkiz milyon yeddi yüz qırx doqquz min yüz iyirmi)” rəqəmləri və sözləri ilə əvəz edilsin;
  • 4.2-ci bənddə “20000000” rəqəmləri “20 437 456 (iyirmi milyon dörd yüz otuz yeddi min dörd yüz əlli altı)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə bu qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.