logo

“Kürdəxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi


“Azərsu” ASC ilə KOICA arasında əməkdaşlığa 2011-ci ildə “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində başlanılmışdır. Bu əməkdaşlıq üzrə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə 26,18 milyon dollar məbləğində Qrant Razılaşması, həmçinin Koreyanın Hyundai Engineering, Halla Energy&Environment, Sunjin Engineering, Yooshin Engineering şirkətləri ilə podrat müqaviləsi imzalanmışdır.

“Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin icrasına 2012-ci ilin fevral ayında başlanmış və 2015-ci ilin mart ayında müvəffəqiyyətlə və vaxtında yekunlaşmışdır. Obyekt Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmişdir.

Kürdəxanı qəsəbəsində müxtəlif diametrli borularla 97 198 metr uzunluğunda  içməli su şəbəkəsi və 761 metr mikrotunel tipli kanalizasiya kollektoru tikilmiş,  həmçinin 436 ədəd yanğın hidrantı, 361ədəd siyirtmə və 3663 ədəd smart kart tipli su sayğacları quraşdırılmışdır. Layihənin icrası nəticəsində Kürdəxanı qəsəbəsinin 14300 nəfər sakini fasiləsiz rejimdə içməli su ilə təmin edilmişdir.