logo

Külüllü sugötürücü qurğuları


Külüllü su mənbəyi Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsində yerləşir. Dəniz səviyyəsindən 170 metr hündürlükdə olan çay yatağında məhsuldarlığı saniyədə 450 litr təşkil edən suqəbuledici qurğu tikilmişdir.Mənbədən 2 km cənubda suqəbuledici və paylayıcı anbar kompleksi yerləşir. Anbar kompleksində tutumu 7500 kubmetr 2 ədəd  və 5000 kubmetr olan 1 ədəd su anbarı tikilmişdir. 

Layihəyə əsasən anbar kompleksindən Kürdəmir şəhərinə 27 km, Zərdab şəhərinə 73 km, Ucar şəhərinə 57 km, Ağsu şəhərinə 25 km  uzunluğunda magistral su kəmərləri çəkilmişdir. Külüllü mənbəyi hesabına Ucar şəhəri və rayonun 15 kəndi, Zərdab şəhəri və rayonun 11 kəndi, Kürdəmir şəhəri və rayonun 13 kəndi, həmçinin Ağsu rayonunun 13 kəndi  daxil olmaqla ümumilikdə 56 yaşayış məntəqəsinin 170 min sakini keyfiyyətli içməli su ilə özüaxımlı rejimdə təmin olunur.