Facebook Twitter Instagram Youtube Google+
   
Ödəmə üsulları

   Əhali istehlakçıları su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini onlara təqdim edilən bildirişlər əsasında:

- Poçt və bank şöbələri

-         - MilliÖn, eManat, ExpressPay, EasyPay ödəmə terminalları

-         - Kassam.az, Hesab.az, e-pul.az onlayn ödəmə sistemləri

-         - Hökumət Ödəniş Portalı (gpp.az)

   Qeyri-əhali istehlakçıları göstərilmiş xidmətlərin dəyərini onlara təqdim edilən hesab-fakturalar (elektron vergi hesab fakturalar) əsasında hesablaşma hesabına və depozit hesabına köçürmə yolu ilə nağdsız qaydada, yaxud yuxarıda göstərilən nağd ödəniş yolu ilə yerinə yetirə bilərlər.

   Su təchizatı və kanalizasiya xidmətlərinə görə istehlakçılarla bağlanmış bütün müqavilələrdə “Sudan istifadə qaydaları”na uyğun olaraq ödəniş üçün 10 gün müddəti nəzərdə tutulmuşdur. Sukanal İdarələri tərəfindən istehlakçılara hər ay təqdim edilən bildiriş və hesab-fakturalarda ödəniş müddəti 10 gün göstərilir.

Su kəməri təsərrüfatında nəzarətçinin abunəçidən pul alması qəti qadağandır!

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur