Facebook Twitter Instagram Youtube Google+
   
Sayğaca müdaxilə

   Dövlət yoxlamasından keçmiş sayğac müvafiq yerdə quraşdırıldıqdan və plomblandıqdan sonra istehlakçı, yaxud hər hansı bir kənar şəxs tərəfindən ona heç bir fiziki təsir olmamalıdır. Ayda bir dəfədən az olmayaraq Sukanal İdarəsinin nəzarətçisi abonentin sayğacına baxış keçirməli və onun göstəricisini qeydə almalıdır.

       Nəzarətçi aylıq baxış zamanı sayğacın işləmədiyini və ya düzgün işləmədiyini aşkar etdikdə, yaxud nəzarətçidə sayğacın düzgün işləməsinə şübhə yarandıqda;

1.     Müvafiq akt tərtib olunmaqla sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılır.

2.     Sayğac müvafiq qaydada yoxlamadan keçirilir və sayğaca müdaxilə olub-olmadığı müəyyən edilir.

3.     Sayğaca müdaxilə olub-olmaması, həmçinin sayğacın istifadəyə yararlı olub-olmaması barədə xüsusi formada rəsmi rəy verilir.

        Bəzi hallarda sayğac dövlət yoxlamasına göndərilmədən ona müdaxilə edildiyi vizual baxışla müəyyən edilir (məsələn, sayğacın ekranının, yaxud gövdəsinin deşilməsi və yaxud sındırılması, plombun sınmış vəziyyətdə olması, yaxud yerində olmaması və s.). Bu halda nəzarətçi tərəfindən müvafiq akt tərtib edilir və tərtib edilmiş akt istehlakçı, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən də imzalanır. Tərtib edilmiş aktı istehlakçı, yaxud onun səlahiyyətli nümayəndəsi imzalamaqdan imtina etdikdə, həmin aktın düzgün tərtib edildiyini təsdiq etdirmək üçün Sukanal İdarəsinin daha bir səlahiyyətli mütəxəssisi (adətən xidmət sahəsinin rəisi) onu imzalayır.

       Sayğaca, yaxud sayğaca vurulmuş plomba istehlakçı tərəfindən hər hansı bir ehtiyatsızlıq nəticəsində zərər toxunulduqda, istehlakçı bu barədə dərhal Sukanal İdarəsini xəbərdar etməlidir. Sukanal İdarəsinin mütəxəssisi yaranmış vəziyyəti yerində araşdırır və müvafiq akt tərtib edir. İstehlakçının ehtiyatsızlığı nəticəsində sayğaca, yaxud plomba dəymiş ziyan Sukanal İdarəsi tərəfindən sayğaca müdaxilə kimi qiymətləndirilə bilər. Buna görə də, hər bir halda sayğac quraşdırılan yerdə təmir və sair işlər görülərkən sayğac və plombun toxunulmazlığı istehlakçı tərəfindən təmin edilməlidir.

       Sayğaca müdaxilə faktının təsdiq edilməsi barədə yerli Sukanal İdarəsi tərəfindən müvafiq akt tərtib edildikdə, yaxud laboratoriyanın yazılı rəyi verildikdə;

1.     Sayğaca müdaxilə nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyan barədə müvafiq akt tərtib olunur və hesablanmış məbləğ 5 gün ərzində ödənilmək üçün istehlakçıya təqdim edilir.

2.     Yeni sayğacın alınması, dövlət yoxlamasından keçirilməsi, quraşdırılması və plomblanması xərcləri istehlakçının hesabına yerinə yetirilir.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur