Facebook Twitter Instagram Youtube Google+
   
Standartlar

  Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 saylı "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Gələcəkdə “Azərsu” ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Bakı şəhərində müasir tələblərə verən Mərkəzi Laboratoriya fəaliyyətə başlamışdır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlar üzrə içməli suyun 50-dən artıq, Avropa İttifaqı  standartları üzrə isə 75-dən çox parametri təyin edilir.

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir