Facebook Twitter Instagram Youtube Google+
   
Hüquqi şəxslər

   Çoxmərtəbəli yaşayış binaları, sənaye, inzibati, iaşə və digər təyinatlı iri obyektlərin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün:

1. Sifarişçi bu obyektlərin inşası üçün tikiləcək obyektin su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunması məqsədi ilə bu kommunikasiyaların layihələndirilməsinə  texniki tapşırıq almaq üçün  “Azərsu” ASC-nin rəhbərliyinin adına yazılı müraciət etməlidir.

2. Müraciətə su təchizatı və kanalizasiya sistemlərinə qoşulması nəzərdə tutulmuş obyektin inşası üçün torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin surəti, obyektin bütün yeraltı kommunikasiyaları, binanın xarakteristikası (təyinatı, hündürlüyü və s.), tələb olunan suyun və tullantı sularının həcmini və sahənin geodezik əsasda hazırlanmış planı əlavə olunmalıdır.

  Cəmiyyətin struktur bölməsi "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın  tələblərinə müvafiq olaraq toplanmış sənədlərə baxır, əraziyə baxış keçirərək texniki tapşırıq tərtib edir və müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir.

  Su təchizatı və kanalizasiya müəssisəsinə məxsus su kəmərlərinə birləşmənin texniki tapşırığı aşağıdakıları müəyyən edə bilər :

a) su kəmərinə birləşmə nöqtəsini;

b) layihə sənədlərinin razılaşdırılma qaydasını ;

c) layihələndirilən (yenidən qurulan) su və kanalizasiya birləşmələrinin balans mənsubiyyətini;

d) birləşmənin quruluşuna verilən xüsusi texniki tələbləri;

e) birləşmə yerində hesablanmış basqını;

f)  nəzarət-ölçü cihazlarına və suölçmə qovşaqlarına normativ sənədlərə görə verilən tələbləri;

g) su kəməri girişlərinin sayını;

h) buraxılan suyun maksimal miqdarına, suişlətmə rejiminə, su anbarlarının və nasos stansiyalarının quruluşuna qoyulan tələbləri;

i) texniki şərtlərin qüvvədə olma müddətini.

   Texniki tapşırığa müvafiq layihənin hazırlanması sifarişçi təşkilat üçün zəruridir. Hazırlanmış layihə sənədləri razılaşdırılma və rəy verilməsi məqsədilə iki nüsxədə Cəmiyyətə təqdim edilməlidir.

   Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən rəy verilmiş su təchizatı    layihəsinin bir nüsxəsi sifarişçiyə və ya layihə təşkilatına qaytarılır, ikinci nüsxəsi isə texniki nəzarət və istismara qəbul zamanı istifadə edilmə üçün “Azərsu” ASC-də saxlanılır.

   Razılaşdırılmış layihə əsasında inşa olunmuş və istismara tam hazır vəziyyətdə olan obyektin (çoxmərtəbəli yaşayış evləri, binaları tam sayğaclaşdırılmalı və bu barədə sayğacların qəbul aktı müraciətə əlavə edilməlidir) su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi məqsədilə texniki şərt alması üçün sifarişçi “Azərsu” ASC-yə yazılı müraciət edir.

   “Azərsu” ASC-nin struktur bölməsi sifarişçinin təqdim etdiyi sənədlərə əsasən obyektə baxış keçirir və obyektin su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi üçün texniki şərti hazırlayaraq imzalanması üçün müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur