Facebook Twitter Instagram Youtube Google+
   
Yerli layihələr

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi

  Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatına hesablanmış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölünün sahilində inşa olunub. 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə  Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib.

   Layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün  3 suqəbuledici başlıq, mikrotunel üsulundan istifadə etməklə gölün dibi ilə hər birinin diametri 1600 mm olan 3 kəmər quraşıdırlıb. Göldən götürülən suyun həcminin tənzimlənməsi, həm yeni tikilmiş, həm də mövcud təmizləyici qurğuların tələbatına uyğun xam suyun verilməsi üçün sahildə suqəbuledici kamera tikilib. Suqəbuledici kamerada toplanmış su təmizləyici qurğuya hər birinin diametri 1400 mm olan 4 kəmərlə nəql olunur.Bu kəmərlərlə emal prosesinə saniyədə 13,8 kubmetr su ötürmək mümkündür.

  Təmizləyici qurğuya ötürülən xam suyun ilkin təmizlənməsi mexaniki süzgəc binasında quraşdırılmış 7 ədəd avtomatik yuyulan 3000 mikronluq süzgəclərdə aparılır, xam su iri hissəciklərdən təmizlənir.

   Mexaniki süzgəclərdən ilkin təmizləmədən keçən su həcmi 10 min kubmetr olan xam su anbarına toplanır. Burada quraşdırılmış məsafədən idarə olunan səviyyə ölçənlər vasitsəilə emala ötürülən suyun həcmi onlayn rejimdə tənzimlənir.

    Xam su anbarından suyun süzgəc modullarina sabit təzyiqlə ötürülməsini qurğuların önündə quraşdırılmış 16 nasos təmin edir.

  Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən, sonra isə 0,02 mikronluq süzgəc modullarından keçməklə cəmi 20 saniyə ərzində ən yüksək səviyyədə təmizlənir. Məsafədən idarə olunmaqla mexaniki üsulla tam qapalırejimdə emal edilən suyun keyfiyyət göstəricilərinə onlayn rejimdə nəzarət olunur. Burada quraşdırılmış 5280 ədəd süzgəc modulunda saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr yüksək keyfiyyətli içməli su emal edilir.

   Emal prosesindən keçən su həcmi 10 min kub metr olan təmiz su anbarına ötürülür. Təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılmasını qurğunun çıxısında inşa olunmuş nasos stansiyası təmin edəcək. Eyni zamanda təzyiqli xətdə yarana biləcək hidravlik zərbələri söndürmək üçün (dəf etmək) hər birinin həcmi 90 kubmetr olan 4 zərdə qazanı quraşdırılıb.

  Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan suyun optimal paylanması və elektrik enerjisindən asılılığı aradan qaldırılması məqsədilə  nasos stansiyasının çıxışından əsas paylayıcı anbara qədər diametri 1600 mm olan 11 km daşıyıc kəmər çəkilib, dəniz səviyyəsindən 118 metr hündürlükdə yerləşən və tutumu 50 min kubmetr olan anbar kompleksi inşa olunub. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin ediləcək.

   Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrəin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsidə yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.

  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.

  28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılış mərasimi keçirilimişdir.

 

 

“Quba şəhərinin su təchizatı və kanalizasiya 

sistemlərinin yenidən qurulması layihəsi”

 
     “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihə üzrə işlərin təməli 23 sentyabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. 2013-cü iin iyun ayından isə Quba şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılmışdır.

Layihəyə əsasən Quba şəhərinin və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilmişdir. Suyun özüaxmlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən  paylayıcı anbara qədər  ümumi uzunluğu 6450 metr olan  2  paralel magistral su xətti çəkilmiş, ümumi tutumu 14 min kubmetr olan 4 anbar tikilmişdir. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 150 km olan paylayıcı su, 160 km kanalizasiya şəbəkəsi yaradılmış və 9500 ünvan şəbəkəyə qoşulmuş, sayğaclaşma işləri aparılmışdır. Quba Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilmişdir. Ümumi sahəsi 1150  kvadratmetr olan  binada müasir tələbələrə cavab verən SCADA idarəetmə mərkəzi, xidməti otaqlar, laboratoriya yaradılmışdır.   

  18 sentyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə mərasim keçirilmişdir. 

  

“Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya 

 sistemlərinin yenidən qurulması layihəsi”

   “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərə 2011-ci ilin sentyabrında başlanmışdır. Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 30 400 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə Hacıqabul şəhəri ilə yanaşı rayonun Qubalı Baloğlan kəndini əhatə edir.

“Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində şəhərin su təchizatının özüaxımlı rejimdə aparılması üçün 2,4 km uzunluğunda magistral kəmər çəkilmişdir, relyef baxımından yüksək nöqtədə tutumu 5000 kubmetr olan anbar inşa edilir. Şəhərdə uzunluğu 113 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 110 km olan kanalizasiya şəbəkəsi yaradılacaqdır. İndiyə kimi 107 km su xətti, 26 km kanalizasiya xətti çəkilmişdir. 8,7 km uzunluğunda layihələndirilmiş kanalizasiya kollektorunun 6,7 km-də işlər tamamlanmışdır.

Layihəyə uyğun olaraq Hacıqabul şəhərinin şərq hissəsində, relyef baxımından çökək ərazidə kanalizasiya-nasos stansiyasının tikintisi planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək məhsuldarlığı sutkada 12 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Çirkab su təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaqdır.

     16 aprel 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 2013-cü ilin mayından Qubalı Baloğlan kəndinə içməli suyun verilməsi təmin edilmişdir.


 

“İmişli şəhərinin su təchizatı və kanalizasiya 

 sistemləri kompleksinin yenidən qurulması layihəsi”

 

 “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərə 2011-ci ilin sentyabrında başlanmışdır. Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün 2 ədəd 2500 kubmetr, 2 ədəd 600 kubmetr və 1 ədəd 1500 kubmetr həcmində su anbarları tikilmişdir.  Layihəyə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün mənbə Beyləqan rayonu Dünyamalılar kəndi yaxınlığındakı ərazisindəki yeraltı sular seçilmişdir. Burada 3 əsas subartezian quyusunda işlər başa çatdırılmış, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Layihəyə əsasən, İmişli şəhərində uzunluğu 167 km olan müxtəlif diametrli kəmərlərlə paylayıcı su şəbəkəsi tikilmiş, hər bir abonentin smart-kart tipli sayğacla təmin edilmişdir. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün ümumi uzunluğu 140 km-ə qədər kanalizasiya şəbəkəsinin yaradılması, relyef baxımından çökək ərazilərdə 23 kanalizasiya-nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq drenaj suları axan kollektorun yaxınlığında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr tutumlu çirkab sutəmizləyici qurğuya ötürüləcək.

   2012-ci il oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə  İmişli şəhərində su anbarı kompleksinin istifadəyə verilməsi mərasimi keçirilmişdir. 


   

“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya 

 sistemləri kompleksinin yenidən qurulması layihəsi”

 

 “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Tikinti-quraşdırma işlərinə 2011-ci ilin oktyabr ayında başlanılmış

Layihəyə uyğun olaraq Cəyir çayının hövzəsində yeni drenaj sistemi yaradılmış, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası  su xətti  çəkilmişdir. İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef  baxımından yüksək nöqtələrdə ümumi həcmi 7000 kubmetr olan 4 ədəd su anbarı inşa edilmiş, eyni zamanda mövcud  2 anbar  əsaslı təmir olunmuşdur. 

Şəmkir şəhərində 237 km şəhərdaxili su şəbəkəsinin, 226 km kanalizasiya şəbəkəsinin və kollektorun tikintisi, 6900 ünvanın şəbəkəyə qoşulması işləri aparılır. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılmışdır.

Tullantı suları şəhərin kənarında inşa edilən və məhsuldarlığı sutkada 25 min kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

10 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

  

“Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya 

 sistemləri kompleksinin yenidən qurulması layihəsi”

 

Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatmış və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilmişdir. Təmizləyici qurğunun ikinci mərhələsinin tikintisi başa çatdıqdan sonra Mingəçevir şəhəri ilə yanaşı Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq.

Layihə çərçivəsində şəhərdə 270 km olan şəhərdaxili şəbəkənin yaradılması nəzərdə tutulur. İstehlakçıları dayanıqlı su ilə təmin etmək məqsədilə Mingəçevir şəhərinin  relyef baxımından yüksək ərazisində ümumi tutumu 20 min kubmetr olan anbar kompleksinin, su şəbəkəsinin tikintisi və sayğaclaşma işləri hazırda davam etdirilir.

Şəhər üzrə layihələndirilmiş  234 km kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir.  Bundan başqa çirkab suların idarə olunması məqsədi ilə  3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınmışdır.

Mingəçevir şəhərində yaranacaq tullantı sularının Yevlax rayonu ərazisində tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilmiş təmizləyici qurğuda  zərərsizləşdirilməsi nəzərdə tutulur.  Gələcəkdə Yevlax şəhərinin tullantı suları da bu təmizləyici qurğuda təmizlənəcək.

 

 

 

“Zərdab şəhərinin su təchizatı və kanalizasiya 

sistemləri kompleksinin yenidən qurulması layihəsi”

 

  “Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərə 2011-ci ilin oktyabrında başlanmışdır. Layihəyə uyğun olaraq Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsinin yaxınlığındakı Külüllüdə sugötürücü drenaj sistemi tikilmiş və buradan Zərdab şəhərinə 73 km magistral su kəməri çəkilmişdir. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir.  Layihə çərçivəsində magistral kəmərin keçdiyi ərazilərdə yerləşən və əhalisinin sayı 16,5 min nəfərdən çox olan 11 kəndə də su veriləcəkdir. Ümumilikdə layihə 2035-ci ilə qədər perspektiv inkişaf və əhalinin artımı nəzərə alınmaqla hazırlanmışdır. Bununla yanaşı, şəhər daxilində müxtəlif diametrli 82,3 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi və 48 kilometrlik kanalizasiya şəbəkəsi yaradılacaqdır. Tullantı suları 800 mm diametrli tunel vasitəsi ilə şəhər kənarında tikiləcək məhsuldarlığı sutkada 8 min kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

2012-ci il oktyabrın 7-də Külüllü-Zərdab xətti ilə Zərdab şəhərinə ilk su verilmişdir. 

 

 

 “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya 

sistemlərinin yenidən qurulması layihəsi”

 

“Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir şəhərində 22300 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, həmçinin rayonun 10 kəndinin 23600 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.

2011-ci ilin oktyabrında icrasına başlanmış “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Kürdəmir şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilmişdir. Girdmançayın yatağında sugötürücü qurğu, mənbənin yaxınlığında Kürdəmir şəhərini qidalandırmaq üçün həcmi 7500 kubmetr olan su anbarı tikilmiş, buradan Kürdəmir şəhərinə 26,7 km uzunluğunda magistral kəmər çəkilmiş, kəmərin marşrutu boyunca yerləşən 10 kəndin hər birinə çıxış verilmişdir.

Kürdəmir şəhərində inşası nəzərdə tutulan 141 km içməli su şəbəkəsinin tikintisi yekunlaşmış, 6289 ünvana birləşmə verilmiş, abunəçilər smart sayğaclarla təmin olunmuşdur. Kürdəmir sakinləri fasiləsiz içməli su ilə təmin olunur.

Şəhər üzrə  115 km-lik kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdur. Şəhərdə toplanacaq tullantı suları 6,2 km uzunluğunda mikrotunel tipli kollektor vasitəsi ilə sutkalıq məhsuldarlığı 24 min kubmetr layihələndirilən təmizləyici qurğuya ötürüləcəkdir. Hazırda kollektorun və təmizləyici qurğunun tikintisi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 7 avqust 2013-cü ildə Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

 

 “Ucar şəhərinin su təchizatı və kanalizasiya
 

sistemlərinin yenidən qurulması layihəsi”

 

    "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Ucar  şəhərində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində 37  min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaqdır. 30 oktyabr 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ucar şəhərində içməli su və kanalizasiya sistemləri kompleksinin təməli qoyulmuşdur.

   “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdmançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilmişdir. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini qidalandırmaq məqsədilə hər birinin tutumu 3750 kubmetr olan 2 ədəd su anbarı tikilmişdir. Anbarlardan Ucar şəhərinə 57 km özüaxımlı magistral su kəməri çəkilmişdir. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilmişdir.

   Ucar şəhərində inşası nəzərdə tutulan 120 km içməli su şəbəkəsinin inşası tam yekunlaşmış, 4891 ünvana birləşmə verilmiş və smart sayğaclar quraşdırılmışdır. İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 ədəd su anbarı tikilmişdir. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

   Şəhər üzrə layihələndirilmiş 88 km-lik kanalizasiya şəbəkəsinin 20 km-lik hissəsi tikilmişdir. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərəsizləşdiriləcəkdir.

   Ucar şəhərində içməli su təchizatı üzrə layihələndirilmiş işlər tam yerinə yetirilmiş, Ucar sukanal idarəsi üçün müasir tipli yeni inzibati bina tikilmişdir.

    06 oktyabr 2015-ci il tarixdə  Prezident İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.

 

 “Qax şəhərinin su təchizatı və kanalizasiya 

 sistemlərinin yenidən qurulması layihəsi”

 

 “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 14 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş və Qaxingiloy kəndlərində isə 7,5 min nəfərin içməli su təchizatının yaxşılaşmasına hesablanmışdır. Layihə üzrə işlərin təməli 2011-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

Layihəyə əsasən istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək üçün mənbə olaraq Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmişdir. Bulaq sularının toplanması məqsədilə ərazidə məhsuldarlığı saniyədə 80 litr olan suqəbuledici qurğu tikilmiş və buradan Qax şəhərinə qədər 6,7 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 6000 kubmetr olan 6 anbar tikilmişdir.  Hazırda 119 kilometrlik şəhərdaxili su şəbəkəsinin  tikintisi, 5900 ünvanın şəbəkəyə qoşulması  və sayğaclaşma işləri davam etdirilir

Layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılır. Bu məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilmiş, hazırda  81 kilometrlik kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

16 sentyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə  Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimi keçirilmişdir.

   

“Lənkəran  şəhərinin  su  təchizatı  və  kanalizasiya 

sistemlərinin yenidən  qurulması” layihəsi

 

 “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Lənkəran şəhərinin 82 min,  Şilavar,  Digah,  Velədi,  Sütəmurdov və Göyşaban kəndlərinin 14 min sakininin, ümumilikdə 96 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.  Şəhərə saniyədə 348 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir.

Layihəyə əsasən Lənkəran  şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi  kimi Xanbulançay anbarı seçilmişdir. Burada məhsuldarlığı sutkada 30 min kubmetr olan qum süzgəcli suqəbuledici qurğu inşa olunmuşdur. Lənkəran şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün mənbədə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikilmiş və buradan şəhərə 17,5 km uzunluğunda magistral xətt çəkilmişdir.

Lənkəran  şəhərində 237 km paylayıcı su şəbəkəsinin  220 km-lik paylayıcı su şəbəkəsi çəkilmiş, 15 min abunəçi şəbəkəyə qoşulacaq və smart-kart sayğaclarla təmin olunacaqlar. Layihə  üzrə  inşası 197 km  uzunluğunda kanalizasiya  xətlərinin 9,6 km uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir. Şəhərdə toplanan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

05 sentyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

 “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya 

 sistemlərinin yenidən qurulması layihəsi”

 

 “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən – Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 km (710 və 500 mm diametrli) uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10000  kubmetr olan 2 ədəd su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir.

Biləsuvar şəhərində tikintisi nəzərdə tutulan 89 km paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur. İçməli sudan istifadənin dəqiq uçotunun aparılması məqsədilə  4300 abunəçi smart-kart tipli sayğacla təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. Yanğın təhlükəsizliyini təmin etmək üçün 240 yanğın hidrantı da quraşdırılmışdır.

Layihəyə uyğun olaraq Biləsuvar  şəhərində ilk dəfə olaraq kanalizasiya şəbəkəsi yaradılır. 75,6 km kanalizasiya şəbəkəsinin və 3 km uzunluğuna mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Biləsuvar şəhərində yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 24 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

04 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə  Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyası

 

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyasının yeni binasının inşasına 2011-ci ilin sonunda başlanılmış,  16 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə binanın açılışı olmuşdur. Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su və tullantı suları bölmələrindən ibarətdir. İçməli su və tullantı suları bölmələrinin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada  Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Yeni laboratoriyada 138, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir.

Regionun ən müasir laboratoriyasında quraşdırılmış ICP- cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metalların tam dəqiq, başqa sözlə, nano və pikoqram dəqiqliklə miqdarı təyin olunur. Bu zaman məhlul 10 min dərəcə selsiyədək qızdırılır və plazma halına salınaraq tərkibindəki metallar öyrənilir.

Yeni alınmış yüksək həssaslıqlı maye və qaz  xromatoqraf cihazları kənd təsərrüfatında istifadə olunan və kanserogen təsirə malik üzvi maddələrin sudakı qalıqlarını təyin edir. İnsan sağlamlığı üçün zərərli sayılan  anion və kationlar isə ion-xromatoqraf cihazında analiz edilir. TOC cihazında üzvi maddələrin tərkibində olan karbon öyrənilir.

Laboratoriyanın mikrobioloji analizlər otağında təhlükəli bakteriyalar təyin olunur və bu analizlər xüsusi bioloji qoruyucu kabinetlərdə aparılır.

Laboratoriyanın tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Burada sənaye müəssisələrində yaranan tullantı sularının çirklənmə səviyyəsini müəyyən etmək, təmizlənmiş tullantı sularının, həmçinin onların axıdıldığı hövzələrdə suyun tərkibini izləmək imkanları vardır.

Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular,  su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan dövrü olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulmuşdur.

Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə  analizlərin aparılması imkanları da təmin edilmişdir. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin analizləri aparılır.

Laboratoriya binası layihələndirilərkən, eləcə də avadanlıqlar seçilərkən Fransa, İspaniya, Macarıstan, Türkiyə və Almaniyanın qabaqcıl su təchizatı şirkətlərinin təcrübələri öyrənilmişdir.

Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi  məqəsdi ilə Latviya Dövlət Akkreditasiya Qurumunun (LATAK) əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər.

Yeni laboratoriya Bakı şəhəri Yasamal  rayonu  Akim Abbasov küçəsi 110 ünvanında yerləşir.

 

 Külüllü su mənbəyi layihəsi

 

 Külüllü su mənbəyi Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsində yerləşir. Dəniz səviyyəsindən 170 metr hündürlükdə olan çay yatağında məhsuldarlığı saniyədə 450 litr təşkil edən suqəbuledici qurğu tikilmişdir.Mənbədən 2 km cənubda suqəbuledici və paylayıcı anbar kompleksi yerləşir. Anbar kompleksində tutumu 7500 kubmetr 2 ədəd  və 5000 kubmetr olan 1 ədəd su anbarı tikilmişdir.

Layihəyə əsasən anbar kompleksindən Kürdəmir şəhərinə 27 km, Zərdab şəhərinə 73 km, Ucar şəhərinə 57 km uzunluğunda magistral su kəməri çəkilmişdir. Külüllü su mənbəyi istismara veriləndən sonra Ucar şəhəri və rayonun 15 kəndi, Zərdab şəhəri və rayonun 11 kəndi, Kürdəmir şəhəri və rayonun 13 kəndi, həmçinin Ağsu rayonunun 13 kəndi  daxil olmaqla ümumilikdə 56 yaşayış məntəqəsinin 170 min sakini keyfiyyətli içməli su ilə özüaxımlı rejimdə təmin olunacaqdır.

Külüllüdən Zərdab şəhərinə 73 km magistral su xətti çəkilmiş  və 07 oktyabr 2012-ci il tarixdə  Prezident İlham Əliyevin iştirakı ilə  şəhərə suyun verilməsinin açılış mərasimi keçirilmişdir.

Su mənbəyindən Kürdəmir şəhərinə çəkilmiş 27 km uzunluğunda magistral su xəttinin inşası başa çatmışdır.

Külüllüdən Ucar şəhərinə çəkilən 57 km uzunluğunda magistral su xəttinin inşası yekunlaşmış və rayona suyun verilməsi təmin edilmişdir.

  

 

Şirvan-Muğan qrup su kəməri

 

 Şirvan-Muğan qrup su kəmərinin təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.  Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir.

Layihəyə əsasən, ümumi uzunluğu 107 km olan Şirvan-Muğan su kəmərinin  Hacıqabuldan Salyan rayonuna qədər olan 52 km-lik hissəsi 1220 mm və  1020 mm diametrli polad, Salyandan Biləsuvar rayonuna qədər olan 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilmişdir.  Kəmərin keçdiyi ərazilərdə əhalinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədi ümumi tutumu 50 min kubmetr olan “+80 Hacıqabul”, “+55 Şirvan”, “+25 Salyan” və   “-8 Biləsuvar” su anbarlar kompleksi inşa olunmuşdur.

Magistral kəmərin  tam istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini  keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaqdır.

Prezidenti İlham Əliyev iştirakı ilə  magistral kəmərdən  2013-cü ilin  aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də isə   Biləsuvar şəhərlərinə içməli suyun verilməsinin açılış mərasimləri keçirilmişdir.

 

 

 Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəməri

 

   Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 km uzunluğunda magistral su kəməri  tikilmişdir.  İnşası 2014-cü il ərzində başa çatdırılmış Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcəkdir.

     Magistral su kəmərinin 12 km-lik hissəsi diametri 820 mm polad, qalan hissəsi isə diametri 810-500 mm polietilen borulardan tikilmişdir. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektorı ilə kəsişir. Kəmərin üzrəində 26 siyirtmə, 48 hava buraxıcı (vantus), 57 təxliyyə çıxışı quraşdırılmışdır. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 ədəd  anbarını inşası davam etdirilir.

Dekabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur