Facebook Twitter Instagram Youtube Google+
   
Kiçik şəhərlərdə su təchizatı

                                               “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi.”

 

   Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və 30 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir.  Layihə Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.  
 

Qusar şəhəri üzrə

 

 Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar   şəhərində 19,6 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun  Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaqdır.

Layihə üzrə tikinti-quraşdırma işlərinə 2012-ci ilin aprelin 19-da başlanmışdır. Layihənin birinci mərhələsində Qusar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 17,4 km uzunluğunda magistral su xətti çəkilmişdir.  Eyni zamanda ümumi tutumu 1000 kubmetr olan 3 su anbarı,  2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunmuşdur

Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur. Bu işlər çərçivəsində 106 km içməli su şəbəkəsinin 95 km, 105 km kanalizasiya şəbəkəsinin  isə 103 km-lik hissəsində tikinti işləri başa çatdırılmışdır. Layihə çərçivəsində Qusar  Sukanal İdarəsi üçün yeni inzibati bina tikilmişdir.

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda təmizlənəcək. Bu qurğuda  Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcəkdir.

 08 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Qusar şəhərində içməli su və kanalizasiya layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir.

  

Xaçmaz şəhəri üzrə

   

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 19 aprel 2012-ci ildə başlanmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində  47  min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin, rayonun  Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılmışdır. Layihənin birinci mərhələsində şəhərin əsas su mənbəyi sayılan  Uçqun bulağı bərpa olunmuş, mənbədən anbar kompleksinə qədər 2 km uzunluğunda magistral su xətti (400 mm) çəkilmiş, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilmiş və 1,6 km anbarlararası su xətti çəkilmişdir.

Layihənin növbəti mərhələsində 142,6 km su, 148,5 km kanalizasiya şəbəkəsinin inşası nəzərdə tutulmuş və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1,3 km (D=1400 mm) kanalizasiya kollektorunun inşası başa çatdırılmışdır.

     Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq  məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  qurğuya yönəldiləcəkdir.  

 

Xızı şəhəri üzrə

  

Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində  3294, Altıağac qəsəbəsində 1423 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.  Layihə çərçivəsində rayonun 1562 nəfər əhalisi olan  Baxışlı, Tıxlı, Xələc kəndlərinə də içməli su verilməsi nəzərdə tutulur. Ümumilikdə, layihədən 6279 nəfər faydalanacaqdır.

Layihənin icrasına 2012-ci ildə başlanılmış və birinci mərhələdə Qars (430 kubmetr/sutka) və Yeddibulaq (40 kubmetr/sutka)mənbələrində sugötürücü qurğular tikilmiş, Xızı şəhərinə 8,4 km uzunluğunda magistral su kəməri çəkilmişdir.

Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli suya olan tələbatının tam ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması layihənin ikinci mərhələsi üzrə işlərə 2015-ci ilin sentyabr ayında başlanılacaqdır. Layihəyə uyğun olaraq Dahardibi (864 kubmetr/sutka) və Şəfa (240 kubmetr/sutka) mənbələrində sugötürücü qurğular, su mənbələrindən şəhərə 9,6 km magistral kəmərlər tikiləcəkdir. Eyni zamanda, Xızı şəhərində hər birinin tutumu  1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin tutumu  400 kubmetr olan 4 ədəd su anbarı inşa ediləcəkdir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 50 km olan su şəbəkəsi yaradılacaq, 1130 ünvana ev birləşməsi veriləcək, abunəçilər smart sayğaclarla təmin olunacaqlar. Xızı şəhəri və Altıağac qəsəbəsində  32 km kanalizasiya şəbəkəsi yaradılacaq, 677 ünvana birləşmə veriləcəkdir. Layihənin ikinci mərhələsində rayon sukanal idarəsi üçün inzibati binanın, laboratoriya və digər istehsalat binalarının tikintisi, maşın-mexanizmlərin alınması da nəzərdə tutulur.

Layihənin davamı olaraq Xızı şəhərində (1500 kubmetr/sutka) və Altıağac qəsəbəsində (350 kubmetr/sutka) çirkab su təmizləyici qurğular tikiləcəkdir.

 

 Naftalan şəhəri üzrə 

 

Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2013-cü ilin  əvvəlində başlanılmışdır. Naftalan şəhərinin və ətraf kəndlərin  dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4  km uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir.

Layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılmış, abonentlərə ev birləşmələri verilmiş, 801sayğac və 126 yanğın hidrantı quraşdırılmışdır. 2013-cü ilin sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun  verilməsi mərasimi keçirilmişdir.

İçməli su şəbəkəsi ilə paralel olaraq şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Naftalan şəhərində 39,4 km  kanalizasiya şəbəkəsi yaradılmış, 1750 m uzunluğunda kanalizasiya kollektoru, 867 kanalizasiya quyusu inşa edilmişdir. Abonentlərin yeni yaradılmış kanalizasiya şəbəkəsinə qoşulması təmin edilmişdir.

Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğu tikiləcəkdir. Tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edilmişdir.

Layihəyə uyğun olaraq Naftalan Sukanal İdarəsi üçün 1600 m2  ərazidə müasir tələbələrə cavab verən yeni inzibati bina  tikilmişdir. Ümumi sahəsi 484  kvadratmetr olan 2 mərtəbəli binada müasir tələbələrə cavab verən iş otaqları,  laboratoriya, zəng mərkəzi, iclas zalı, digər xidməti  və yardımçı otaqlar yerləşir. İdarəyə müraciət edən vətəndaşların qəbulu üçün binada lazımi şərait yaradılmışdır.

 

 Qobustan şəhəri üzrə


  Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.  Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində rayonun  Təsi, Bədəlli, Sədəfli və Dərəkənd kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaqdır.

10 may 2015-ci il tarixdə Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir. Layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında  6 ədəd subartezian quyusu qazılmış, 14,4 km magistral su xətti,  Daşarası və Nərimankənd kəndlərində 2 ədəd su anbarı inşa edilmişdir. Hazırda məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli içməli sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.   

Qobustan şəhəri üzrə layihələndirilmiş 67 km uzunluğunda içməli su  və 42 km-lik kanalizasiya şəbəkəsinin, 7 km kanalizasiya kollektorunun  inşası başa çatmış, ünvanlara birləşmələr verilmişdir. Hazırda şəhər əhalisi yeni şəbəkələr vasitəsilə su və kanalizasiya xidmətlərindən istifadə edir.   

Qobustan şəhərində tullantı sularının təmizlənib zərərsizləşdirməsi gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə nasos stansiyaları quraşdırılmış, magistral su kəməri tikilmişdir. Bu kəmərdən rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir.

02 oktyabr 2017-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşmasına həsr olunmuş mərasim keçirilmişdir.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur