logo

Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi


Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması  Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə kredit sazişi 20 noyabr 2009-cu ildə imzalanmış və sənəd 2010-cu ilin aprel ayında təsdiq edilmişdir. Sazişə əsasən, ümumi dəyəri 63 milyon dollar olan layihəyə Səudiyyə İnkişaf Fondu 25 milyon dollar ayıracaq, qalan 38 milyon dollarlıq hissə isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması layihəsi 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün 1000 mm diametrli polad borularla magistral su xətti çəkiləcəkdir.Eyni zamanda“Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaqdır.

Layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərininçəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulmuşdur.