logo


 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir,  tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

   “Azərsu” ASC ölkə üzrə 1515145 abunəçini içməli su ilə təmin edir. Bunlardan 1456181-i əhali, 58964-i isə qeyri-əhali istehlakçılarıdır.

   Cəmiyyətin balansında 19700 km uzunluğunda su, 4900 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.

   Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri  və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.

   01 oktyabr 2019-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13 min nəfərdir