Facebook Twitter Instagram Youtube Google+
   
Mütəxəssislər üçün xüsusi sürətləndirilmiş ingilis dili təlimləri keçirilmişdir
Tarix: 2017-01-06

       

Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritet vəzifələrindəndir. Bu məqsədlə Səhmdar Cəmiyyət tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq təlimlər keçirilir, yeni texnologiyaların və  müasir idarəetmə  sistemlərinin öyrənilməsi məqsədi ilə işçilər xarici ölkələrə ezam olunurlar.

“Azərsu” ASC-nin son illər beynəlxalq əlaqələrini genişləndirməsi nəzərə alınaraq işçiləri xarici dil bilmə bacarıqlarının artırılmasına zərurət yaranmışdır.Bu məqsədlə yeni Təlim-Tədris Mərkəzində Səhmdar Cəmiyyətin əməkdaşları üçün “Xüsusi sürətləndirilmiş ingilis dili təlim proqramı” həyata keçirilmişdir.

İngilis dili təlimində iştirak etmək üçün 263 nəfər müraciət etmiş və ilkin mərhələdə 26 nəfər seçilərək təlimlərə cəlb olunmuşdur. Təlimlər həftədə 3 gün olmaqla 3 qrup şəklində keçirilmişdir. Müasir forma və metodlar əsasında təşkil olunmuş təlimdə  nəzəri ədəbiyyatla yanaşı, canlı danışıq üsulları, video və audio materiallardan istifadə olunmuşdur.

Təlim sonunda hər qrupun dərs materiallarına müvafiq ağırlıq dərəcəsinə görə yekun bilik yoxlaması keçirilmiş və ilkin imtahan ilə yekun imtahanın nəticələri ilə bağlı müqayisəli təhlil aparılmışdır. Müəyyən edilmişdir ki, təlim iştirakçılarının 12 nəfəri bir üst səviyyəyə keçməyə nail olmuşlar. Onlardan 5 nəfəri “intermediate”, 5 nəfəri “upper-intermediate”,  2 nəfəri “advanced” səviyyəsinə yüksəlmişlər.

Xüsusi sürətləndirilmiş ingilis dili təlim proqramı” üzrə təlimlərin bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulmuşdur.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur