Facebook Twitter Instagram Youtube Google+
   
"Azərsu" ASC-də 2016-cı ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları müzakirə edilmişdir
Tarix: 2016-12-23

    

“Azərsu” ASC-də 2016-cı ildə mülki müdafiə üzrə görülmüş işlərin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilmişdir. Tədbirdə “Azərsu” ASC-nin Mülki müdafiə qərargahı və Cəmiyyətin tabeliyindəki müəssisə və təşkilatların mülki müdafiə qərargahı rəisləri iştirak etmişlər. Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsinin əməkdaşları tədbirə dəvət olunmuşdur.

“Azərsu” ASC-nin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Elman Tahirov tədbirin məqsədi barədə məlumat vermiş, ötən müddətdə Mülki müdafiə qərargahının səmərəli fəaliyyət göstərdiyini  vurğulamışdır.

Səhmdar Cəmiyyətin Mülki Müdafiə Qərargahının rəisi Cahangir Şərifov “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında 2016-cı ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları barədə məlumat vermişdir. 2017-ci ildə qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları Mülki müdafiə idarəsinin rəis muavini pokovnik Qüdrət Ağayev çıxış edərək bildirmişdir ki, Mülki  müdafiə qərargahının aktiv fəaliyyəti nəticəsində “Azərsu” ASC-də mülki müdafiə işinin təşkili, təlim və məşqlər zamanı praktiki təlimlərin həyata keçirilməsi və işçilərin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı lazımi tədbirlərin görülməsi təmin edilmişdir.

2016-cı ildə görülmüş işlərin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanlığı tərəfindən Azərsu” ASC-nin Mülki Müdafiə Qərargahının rəisi Cahangir Şərifov mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif edilmişdir.

                                            

 

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur