Facebook Twitter Instagram Youtube Google+
   
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin yeni tarifləri təsdiq edilmişdir
Tarix: 2016-05-14

    13 may 2016-cı il  tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.

   “Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilmişdir. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunmuşdur.

  İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilmişdir. 

  Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcəkdir.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur