Müştəri xidmətləri şöbələri fəaliyyətə başlamışdır
Tarix: 2012-01-26

  İçməli su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçıların müraciətlərinə operativ baxılması və həlli məqsədilə “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin 11 rayon Departamentində Müştəri xidmətləri şöbəsi yaradılmışdır. Yeni yaradılan şöbə həm əhali, həm də qeyri-əhali abunəçiləri ilə müqavilələrin bağlanması, onlardan daxil olan ərizə, şikayət və təkliflərin araşdırılması, yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması ilə məşğul olacaq. Abunəçilərdən daxil olmuş müraciətlərin hər biri Müştəri xidmətləri şöbəsində qeydiyyata alınacaq və araşdırmaların nəticələri barədə onlara məlumat veriləcək. Rayon Sukanal Departamentlərində Müştəri xidmətləri şöbəsinin yaradılması istehlakçılarla münasibətləri tənzimləməklə yanaşı mübahisələrin yerli səviyyədə operativ həllinə imkan verəcək.

Müştəri xidmətləri şöbələrinin əlaqə telefonları:

 

Sabunçu                                  429-62-96

Suraxanı                                  477-90-47

Xəzər                                       454-08-13

Nizami                                     511-74-63

Nəsimi                                     530-26-67

Səbail                                      492-07-34

Yasamal                                  432-01-34

Xətai                                        379-20-86

Nərimanov                              562-64-88 

Binəqədi                                 555-13-65

Qaradağ                                 445-07-27 

 
 
Onlayn müraciət
 
 
Sorğu
Borca görə bildirişlər vaxtında verilirmi?
Hər ay Hərdənbir Verilmir