Facebook Twitter Instagram Youtube Google+
   
“Birləşmiş Sukanal” MMC-də 2018-ci ilin birinci yarimilliyinin yekunları müzakirə olunub
Tarix: 2018-08-07

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətində 2018-ci ilin birinci yarimilliyinin istehsalat-təsərrüfat  fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

          “Birləşmiş Sukanal” MMC-nin direktoru  Ramin Sadıqov  bildirib ki, cari ilin ilk yarısında regionlarda yaşayan əhaliyə göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan layihələrin  icrası uğurla davam etdirilib. Mingəçevir, Xaçmaz və Xızı şəhərlərində isə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Bununla da, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşdırılıb.

Qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığını təmin etmək məqsədilə dövlət başçısı Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik  və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Bununla yanaşı, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 13 rayonun 30 kəndində içməli su  layihələri icra olunur. İlin ötən dövründə Nazirlər Kabinetinin qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, respublikanın 24 rayonunun 384 yaşayış məntəqəsində 460 ədəd  modul tipli sutəmizləyici qurğu  “Azərsu” ASC  “Birləşmiş Sukanal” MMC-nin xidmətinə verilib.

2018-ci ilin 11-13 mart tarixlərində Fransanın paytaxtı Paris şəhərində “Dünya Ticarət Lliderləri Qrupu”nun təşkilatçılığı ilə “Beynəlxalq keyfiyyət” nominasiyası üzrə keçirilən tədbirdə  “Birləşmiş Sukanal” MMC nüfuz və liderlik meyarlarına görə yüksək mükafata layiq görülüb. 

       Sonra “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Vəfa Qəyyumov, texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov, hüquq şöbəsinin rəisi Ramidə Məhərrəmova, 4 №-li Regional Sukanal İdarəsinin rəisi Azad Qurbanov, Kəlbəcər Sukanal İdarəsinin rəisi Şaban Qurbanov və Bərdə Sukanal İdarəsinin rəisi Şəmil Ziyadov çıxış edərək müvafiq sahələr üzrə  2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

İclasın sonunda regionlarda yaşayan əhaliyə göstərilən içməli su təminatı və tullantı sularının axıdılması xidmətlərinin daha da yaxşılaşdırılması, suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi, ödəniş səviyyəsinin yüksəldilməsi  ilə bağlı tapşırıqlar verilib.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur