Facebook Twitter Instagram Youtube Google+
   
“Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmət bölmələrinə 31311 müraciət edilib
Tarix: 2018-06-22

   

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2018-ci ilin yanvar-may aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi  xidmətlərdən istifadə genişlənib.

2018-ci ilin 5 ayında “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 31311 müraciət edilib. Müraciətlərin  12911-i “ASAN xidmət”,  18400-ü isə  “ASAN Kommunal”  mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC  “ASAN Kommunal”  mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 130 minədək  müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Mingəçevir şəhərlərindəki  “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”  mərkəzlərində təşkil olunub.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur