Facebook Twitter Instagram Youtube Google+
   
Mərkəzi Laboratoriya növbəti səriştəlilik proqramını uğurla başa vurub
Tarix: 2018-06-07

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. Mərkəzi Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən laboratoriyaların təcrübəsini əsas götürərək beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur.

Laboratoriyanın İçməli Suyun Fiziki-kimyəvi analizlərin aparılması şöbəsi yenidən Böyük Britaniyanın  FAPAS şirkəti tərəfindən təşkil olunan səriştəlilik test proqramında iştirak edib. Laboratoriya bu proqrama içməli suyun 13  fiziki-kimyəvi  göstəricisi  ilə qoşulub. Təqdim olunan  analiz nəticələri proqramı uğurla başa vurmağa imkan yaradıb.

Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün,  kadrların peşəkarlığının göstəricisidir.

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası  16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası  içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur