Facebook Twitter Instagram Youtube Google+
   
Su və kanalizasiya sistemlərinin idarə edilməsi ilə bağlı təlimlər keçirilir
Tarix: 2018-05-16

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə yeni su təchizatı və kanalizasiya infrastrukturları yaradılır, abonentlərə keyfiyyətli xidmətlər göstərilməsi ilə əlaqədar islahatlar aparılır.

         Həyata keçirilən layihələrin tərkib hissəsi olaraq müasir tipli avadanlıqlar və qurğular istismara verilir və bu avadanlıqların istismarının lazımi qaydada həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu işləri yüksək peşəkarlıqla icra etmək, qarşıya qoyulmuş tapşırıqları vaxtında, dəqiq və tələb olunan səviyyədə  həyata keçirmək üçün kadr potensialının gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması prioritet vəzifələrdir.

          Bununla əlaqədar su təchizatı və kanalizasiya sistemlərinin tikintisini həyata keçirən şirkətlərlə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu arasında təlimlərin keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlanıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişçisi olduğu layihələr üzrə Şabran rayonunda yeni tikilmiş su və kanalizasiya sistemlərinin idarə edilməsi üzrə praktiki təlimlər təşkil olunub. Təlimlərə (sahə rəisi, usta, mexanik, energetik, təmirçi-çilingər, NÖC və avtomatika üzrə çilingər, nasos qurğuları ürə maşinistləri) ümumilikdə 42 əməkdaş cəlb edilib.

          Praktiki təlimlər 5 gün olmaqla “Azərsu” ASC-nin və podratçı şirkətlərin həmin sahələr üzrə mütəxəssisləri ilə birgə keçirilir.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur