Facebook Twitter Instagram Youtube Google+
   
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tarix: 2018-05-10

   

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların sağlam təbii mühitdə yaşamasını təmin etmək Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasət ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər və bu sahədə həyata keçirilən layihələr ekoloji sabitliyin qorunmasına töhfələr verməkdədir. Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də ölkəmizdə yaşıllıqların artırılmasında, mövcud yaşıllıq sahələrinin qorunmasında mühüm rolu var.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib. Hövsan Aerasiya Stansiyası ərazisində təşkil  olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilib, yaşıllıqlar salınıb. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib. 

 “Azərsu” ASC ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Yaşıllaşdırma tədbirləri çərçivəsində son illər cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 450 hektar yaşıllıq sahəsi yaradılıb. 195 minə qədər  müxtəlif növ ağac və kol bitkiləri, 570 mindən çox mövsümi gül əkilib. 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur