Facebook Twitter Instagram Youtube Google+
   
“Sukanal” ETLİ-yə qəbul olunan doktorantlarla görüş keçirilib
Tarix: 2018-04-16

          

     “Azərsu” ASC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturasına qəbul olunan namizədlərlə görüş keçirilib.

       “Azərsu” ASC sədri Qorxmaz Hüseynov elm , təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verərək bildirib ki, Səhmdar Cəmiyyət elmi  potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə  Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir. “Sukanal” ETLİ-də Bakı Dövlət Universitetinin,  eləcə də Memarlıq və İnşaat Universitetinin müvafiq kafedralarının filiallarının  yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.

       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli  297 nömrəli qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliyə əsasən “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatları siyahısına daxil edilib.

      Bu il ilk dəfə aparılan qəbul imtahanının nəticələrinə əsasən, 3 doktorant (qiyabi) və 3 dissertant “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda ali təhsilin doktorantura pilləsinə qəbul olunub. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  bu münasibətlə doktorant və dissertantları təbrik edərək onlara tövsiyələrini verib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur