Prezident İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Respublikanın regionlarında içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 9 aprel tarixli Sərəncamına Əlavə
№ |
Rayon |
Yaşayış məntəqəsinin adı |
1 |
Ağcabədi (Taxtakörpü) |
Laçın obaları |
2 |
Ağdam |
Əfətli (Hacıturallı) |
Üçoğlan (Ballar) |
||
3 |
Ağstafa |
Köçvəli |
Yeni gün |
||
4 |
Balakən |
Sarıbulaq |
5 |
Bərdə |
Arabaçılar |
Hacılar |
||
6 |
Göyçay |
II Ərəbcəbirli |
7 |
İsmayıllı |
Zoğallıq |
8 |
Quba |
Ağbil |
Alekseyevka |
||
Möhüc |
||
Talabıqışlaq |
||
9 |
Qusar |
Aşağı Ləyər |
Samur |
||
10 |
Lerik |
Geskon |
Molalan |
||
Sors |
||
Şingədulan |
||
11 |
Şəmkir |
Tatarlı |
12 |
Tərtər |
Evoğlu |
Mamırlı |
||
Poladlı |
||
Təzəkənd |
||
13 |
Tovuz |
Cilovdarlı |
Əlimərdanlı |
||
Xatınlı |
||
Qaraxanlı |
||
Qədirli |
||
Cəmi: |
13 |
30 |