Facebook Twitter Instagram Youtube Google+
   
Prezident İlham Əliyev Lerik şəhərində su təchizatı və kanalizasiya layihəsinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb
Tarix: 2018-04-07

 Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 1 milyon  manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə  göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur