Facebook Twitter Instagram Youtube Google+
   
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib
Tarix: 2018-03-07

    

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib. Bu əlamətdar gün münasibəti ilə “Azərsu” ASC-nin qadın əməkdaşlarını təbrik edən Səhmdar Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarov 8 mart – Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində  qeyd olunduğunu bildirib. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri olduğunu xatırladan T.Cabbarov qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra  Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınların əvəzsiz xidmətləri  vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşmışdır. Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verib. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır”.

 

Tədbirdə qeyd olunub ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindən olan gender bərabərliyinin təmin olunması istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət aparılır. Son illər gender siyasətinə xələl gətirən məişət zorakılığı, erkən nikah, insan alveri kimi hallarla mübarizə tədbirləri gücləndirilib. Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi  və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib, içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu vurğulanıb.

Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilmişdir.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur