Facebook Twitter Instagram Youtube Google+
   
"Azərsu" ASC-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib
Tarix: 2018-03-05

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndələyinin rəhbəri xanım Melek Çakmakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyətin sədri bildirib ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ərzaq təhlükəsizliyi  baxımından mühüm əhəmiyyət daşıyır. Son illər icra olunan layihələr əhalinin təmiz və keyfiyyətli suya çıxışını daha da yaxşılaşdırıb. Səhmdar Cəmiyyətin sədri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Mərkəzi Laboratoriya barədə qonaqlara  məlumat verib. Bildirib ki, Azərbaycanda əhaliyə verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur.

Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən layihələrin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini xatırladan Q.Hüseynov bildirib ki, “Azərsu” ASC dünyada su sahəsində ən mötəbər qurumlardan sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur.   

          BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndələyinin rəhbəri Mələk Çakmak  FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verildiyini vurğulayıb. O, rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar, habelə FAO-nun gələcək planları ilə bağlı ətraflı məlumat verib. Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərdiyini bildirib. 

          Görüşdə regional və beynəlxalq təşkilatlarda iştirak və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

          Məlumat üçün bildirək ki,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal aclığa qarşı mübarizə məqsədilə 1945-ci ildə yaradılıb. Hazırda 174  dövlətin üzv olduğu təşkilat əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətləri təşviq edir, həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işini əlaqələndirir. Azərbaycan 1995-ci ildə FAO-ya üzv seçilib. 2007-ci ildə FAO-nun Orta Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələr arasında ilk olaraq Azərbaycanda FAO-nun Nümayəndəlik Ofisi, 2015-ci ildə isə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis edilib.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur