Facebook Twitter Instagram Youtube Google+
   
Mingəçevir şəhərində su təchizatı və kanalizasiya layihələrinə 12 milyon manat ayrılıb
Tarix: 2018-02-08

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək  tapşırılıb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur