Facebook Twitter Instagram Youtube Google+
   
Prezident İlham Əliyev Sabunçu, Maştağa, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su və kanalizasiya layihələrinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb
Tarix: 2017-12-28

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında regionların ahəngdar inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər ölkədə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində mühüm infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb.

Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsində 6,5 km,  Maştağa qəsəbəsində 9,2 km, Suraxanı rayonunun Əmircan qəsəbəsində 5,4 km, Bülbülə qəsəbəsində 6  km paylayıcı su şəbəkələrinin, Qaraçuxur qəsəbəsində  800 m  su kəmərinin və 1,8 km paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.

Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa, Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə dövlət büdcəsindən  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat ayrılıb.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur