Facebook Twitter Instagram Youtube Google+
   
"Azərsu" ASC-nin əməkdaşlarına sertifikatlar verilib
Tarix: 2017-11-07

               

 Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritet vəzifələrindəndir. Bu məqsədlə Səhmdar Cəmiyyət tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq təlimlər keçirilir, yeni texnologiyaların və  müasir idarəetmə  sistemlərinin öyrənilməsi məqsədi ilə işçilər xarici ölkələrə ezam olunurlar.

 “Keyfiyyət Asossiasiyası” İctimai Birliyi ilə keçirilən növbəti təlim İSO 9001:2015 beynəlxalq standartına uyğun keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiq olunması mövzusuna həsr olunub. Təlimdə 12 nəfər iştirak edib və onlara ISO 9001:2015 keyfiyyətli idarəetmə sisteminin əsas prinsipləri, proseslərin idarə edilməsi və İSO standartının şərhi ilə bağlı məlumatlar verilib.

Tədbirdə, həmçinin bu ilin yay aylarında keçirilmiş təlimlərdə iştirak etmiş və müvəffəqiyyət qazanmış işçilərə sertifikatlar təqdim olunub. "Azərsu" ASC İşlər idarəsinin rəisi Möhsün Quliyev əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin beynəlxalq standartlara uyğun qurulması sahəsində həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verib.

Tədbirdə “Azərsu” ASC-də İSO beynəlxalq standartlarının tətbiqinə başlanılması mühüm hadisə kimi qiymətləndirilib, layihələrin icrasında innovativ yeniliklərin və müasir idarəetmə prinsiplərinin tətbiqinin vacibliyi vurğulanıb. Səhmdar Cəmiyyətin fəaliyyətinin bütün sahələrində, xüsusilə də insan resurslarının idarə edilməsində İSO standartlarının tətbiqi görülən işlərin keyfiyyətinə müsbət təsir göstərəcək.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur