Facebook Twitter Instagram Youtube Google+
   
Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb
Tarix: 2017-11-07

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, regionların davamlı və tarazlı inkişafının təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Son illərdə uğurla həyata keçirilən infrastruktur layihələri nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, əhalinin fasiləsiz içməli su təminatı sahəsində mühüm işlər görülüb. 

Bu tədbirlərin davamı olaraq, Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə 13,4 km paylayıcı su şəbəkəsinin və 15,2 km magistral kanalizasiya kollektorunun tikilməsi zərurəti yaranıb.

Sərəncama əsasən, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək  tapşırılıb.

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur