Facebook Twitter Instagram Youtube Google+
   
Bakıətrafı qəsəbələrdə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir
Tarix: 2017-10-31

 

   

Bakı şəhəri və Abşeron rayonunun kənd və qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Bakıətrafı yaşayış məntəqələrində layihələrin icrası uğurla davam etdirilir. Bu layihələr Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatına imkan yaradacaq, onların kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaqdır.

Sərəncamlara əsasən, 10 yaşayış məntəqəsində - Bakı şəhəri Binəqədi rayonunun  Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri,  Pirəkəşkül və Qobustan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaqdır. Hazırda 7 kənd və qəsəbədə  tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaqdır.

Ümumilikdə 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

   

Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaqdır. Ümumilikdə bu layihələrdən 100 min nəfər sakin yararlanacaqdır.   

     Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,  Bakı şəhəri Binəqədi rayonunun  Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri,  Pirəküşkül və Qobustan kəndlərində görüləcək işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 13,32 milyon manat vəsait ayrılıb.

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur