Facebook Twitter Instagram Youtube Google+
   
“Azərsu” ASC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 2017-10-05

           

 Oktyabrın 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP “Azər­su” ASC üz­rə əra­zi ilk parti­ya təş­ki­la­tı­nın səd­ri Hey­dər Abbasov partiyanın  yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa  töhfələr verib: “Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi  siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq dövlət başçısının paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri uğurla həyata keçirilməkdədir”.

 

  Təd­bir­də çı­xış edən YAP Ya­sa­mal ra­yon təş­ki­la­tı­nın sədri Ta­ğı Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın  tarixində əhəmiyyətli hadisədir. Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda dinamik inkişaf təmin olunub: “Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğunda siyasi partiyanın rolunu uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının sədri olmaq məsuliyyətini üzərinə götürmüşdür. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sədaqətini daim nümayiş etdirir və bu siyasətin alternativi olmadığını qəbul edir ". 

  Tədbirdə YAP üzvlüyünə qəbul üçün bir qrup əməkdaşın müraciətinə baxılıb, partiya üzvlüyünə qəbul olunmuş əməkdaşlara vəsiqələr təqdim edilib. Qeyd olunub ki, sıralarını daim  genişləndirən Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə kimi ölkəmizin qüdrətlənməsi və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına bundan sonra da töhfələr verəcəkdir.

 

 

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur