Facebook Twitter Instagram Youtube Google+
   
“Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin yekunlarına həsr olunmuş seminar keçirilib
Tarix: 2017-09-13

 

     Azərsu” Açıq Səhmdar Cəmiyyətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi  (KOİCA) ilə birgə reallaşdırılan Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin yekunlarına həsr olunmuş seminar keçirilib.

   Seminarda çıxış edən KOİCA-nın ölkə nümayəndəliyinin direktoru Ço Yeonjae  bildirib ki, Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi ən böyük infrastruktur layihəsidir. Layihənin icrası peşəkar mütəxəssislər tərəfindən qiymətləndirilib və müsbət nəticələr əldə olunub.

KOİCA Baş Ofisinin Qiymətləndirmə İdarəsinin meneceri İlryonq Li “KOİCA-nın Monitorinq və Qiymətləndirmə Siyasətinə dair Təqdimat”la çıxış edib. O, bildirib ki, bu layihənin müsbət nəticələri gələcək əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

 “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin idarə olunması şöbəsinin rəisi Məmmədrəsul İlyasov Azərbaycanda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin həyata keçirildiyini bildirib və əlavə edib ki, bu layihələrdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. M.İlyasov Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yenidən qurulmasında  Koreya şirkətlərinin rolundan danışıb və gələcək əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

   

Koreya Ətraf Mühit Korporasiyasının şöbə rəisi və nümayəndə heyətinin rəhbəri İqyun Ço “Kürdəxanı layihəsi üzrə qiymətləndirmə nəticələrinin qısa xülasəsi”mövzusunda təqdimatla çıxış edərək bildirib ki, bu layihə əhalinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, ətraf mühitin qorunması ilə yanaşı, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Seminarda qeyd olunub ki, “Azərsu” ASC ilə KOİCA arasında əməkdaşlığa 2011-ci ildə “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində başlanılıb. Bu əməkdaşlıq üzrə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə 26,18 milyon dollar məbləğində Qrant Razılaşması, həmçinin Koreyanın nüfuzlu şirkətləri ilə podrat müqaviləsi imzalanıb.
        “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin icrasına 2012-ci ilin fevralında başlanılıb və 2015-ci ilin martında layihə üzrə işlər yekunlaşıb. Layihə çərçivəsində Kürdəxanı qəsəbəsində 97,2 km içməli su şəbəkəsi və 761 metr mikrotunel tipli kanalizasiya kollektoru tikilib, həmçinin 436 ədəd yanğın hidrantı, 361ədəd siyirtmə və 3663 ədəd smart  tipli su sayğacları quraşdırılıb. Layihənin icrası nəticəsində Kürdəxanı qəsəbəsinin 14300 nəfər sakini fasiləsiz rejimdə içməli su ilə təmin edilib.
        KOİCA-nın ayıracağı qrant hesabına “Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihəy' əsasən, qəsəbədə 14 km uzunluğunda su şəbəkəsi quraşdırılaraq 2867 nəfər  içməli su ilə təmin ediləcək. Eyni zamanda qəsəbə ərazisində 16 km uzunluğunda kanalizasiya sistemi yaradılacaqdır.

                                 

Seminarda “Azərbaycanda su resurslarının idarə edilməsi planına baxış”, “İqlim dəyişikənliyinə uyğunlaşma və suyun təkrar istifadəsinə dair siyasət”, “Su və kanalizasiyanın idarə edilməsi sahəsində Koreyanın mühəndislik təcrübəsi” mövzusunda təqdimatlar olub və müzakirələr aparılıb.

 

   
   
Sorğu
Elektron xidmətlərimizdən istifadə edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur